"Sputnik V" vaksininin tətbiqinə başlanılır

Ölkə rəhbərliyinin vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Mərkəzimizdə yeni növ vaksinin istifadəsinə başlanılır. Dünyada COVID-19 virusu əleyhinə vaksin çatışmazlığına baxmayaraq, bu gündən etibarən artıq ölkəmizə gətirilmiş Rusiya istehsalı olan "Sputnik V" vaksinin tətbiqinə başlayırıq. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bildiririk ki, mərkəzimizdə "Sputnik V" ilə vaksinasiya üçün xüsusi zona ayrılmış və vaksinasiya prosesi üçün şərait təmin olunmuşdur. Tibb işçilərinə “Sputnik V” vaksinin istifadəsi ilə bağlı təlimatlar verilmişdir. Bugündən etibarən 18 yaşdan yuxarı və əks göstərişləri olmayan şəxslər müraciət edə bilərlər.

Diqər xəbərlər